Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 132 yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirlib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 37 min 31 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 34 min 419 nəfər müalicə olunaraq sağalıb, 543 nəfər vəfat edib. Aktiv xəstə sayı 2069 nəfərdir.
Ötən müddət ərzində 949 min 313 test aparılıb. Bugünkü test sayı isə 7048-dur.