logo

Sabiq nazir müavini Nadir Hüseynovun da xaricdə biznesi üzə çıxdı

12:08 04-09-2020 | icon 3024
Sabiq nazir müavini Nadir Hüseynovun da xaricdə biznesi üzə çıxdı

Xarici işlər naziri müavini vəzifəsindən azad edilmiş Nadir Sabir oğlu Hüseynovun 11 ildən artıqdır ki, Türkiyədə daşınmaz əmlak şirkəti fəaliyyət göstərir.

YeniAvropa xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli  özünün "Facebook" hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, Nadir Hüseynov MAGUNA GAYRİMENKUL DANIŞMANLIĞI TİCARET LİMİTED ŞİRKETİ-ni 1 milyon 525 min lirə nizamnamə kapitalı ilə 2009-cu il yanvarın 20-də təsis edib: Təsis sənədlərinə görə şirkətin 61 min hissə səhmlərinin 60.999-u Bakı şəhəri, Lermontov küçəsi 113/117-də qeydiyyatda olan keçmiş nazir müavininə, cəmi bir səhmi isə eyni ünvanda qeydiyyatda olan oğluna - 1987-ci il təvəllüdlü Məmməd Hüseynova məxsus olub. MAGUNA LİMİTED-in hüquqi ünvanı ETİLER, 17.LEVAZIM MAH.KORU SOK.NO.5 D BLOK KAT.2 D.6 SELENYUM EVL. kimi qeyd olunub. 1998-2010-cu illərdə Konsulluq İdarəsinin rəisi, 2010-cu ildən bu gün vəzifəsindən azad olunanədək xarici işlər nazirinin müavini olub. Nadir Hüseynovun rəhbərlik etdiyi müavinlik strukturuna ümumi katiblik, Konsulluq, İnformasiya, Kadrlar və ixtisasartırma, Maliyyə-valyuta, Tarix-arxiv, İşlər, Hüquqi təminat, Linqvistik təminat, Nazirlik və xarici nümayəndəliklərlə əlaqələr idarələri, YUNESKO üzrə Azərbaycan Milli Komissiyanın katibliyi daxildir".

Qeyd edək ki, ötən gün xarici işlər nazirinin müavini vəzifəsindən azad olunan Nadir Hüseynov nazirin əmri ilə xüsusi tapşırıqlar üzrə səfir təyin edilib