logo

Ad gününü “İnstagram”da paylaşdı-100 manat cərimələndi

20:13 03-09-2020 | icon 2772
Ad gününü “İnstagram”da paylaşdı-100 manat cərimələndi

Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq əyləncə məclisi keçirmələri barədə “İnstagram” sosial şəbəkəsində görüntülər paylaşılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

 
Polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin məclisin təşkilatçısı və iştirakçıları müəyyən edilib, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Sabunçu rayonunun Ramana qəsəbəsindəki evlərin birində keçirilmiş ad günü məclisinin təşkilatçısı İbrahim Hüseynov, iştirakçıları Rüfanə Əzimzadə, Ofeliya Əzimzadə, Günay Tapdıqova və Aydan Muxtarova xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılıblar.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub.