logo

Nazir Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoruna töhmət verdi

15:30 03-09-2020 | icon 2982
Nazir Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoruna töhmət verdi

AMEA-nın prezidenti  Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir vəzifəli şəxs cəzalandırılıb.

 YeniAvropa xəbər verir ki, avqustun 18-də Novxanıda baş tutan toy mərasimində Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova da iştirak edib. Xüsusi karantin rejimi qaydalarını pozduğuna görə ona Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Sevinc Orucova toyda həm də rəqs edib. 

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır.