Binəqədi qəsəbəsinin bir hissəsində içməli suyun verilməsində məhdudiyyət olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib. Qeyd edilib ki, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar sentyabrın 3-də gün ərzində Binəqədi qəsəbəsinin 1-ci, 2-ci və 3-cü mədən ərazilərinə içməli suyun verilməsində məhdudiyyət olacaq.