Fövqəladə Hallar Nazirliyi Əli Həsənovun köşklərini sökdü
19:49 02-09-2020
|
2842
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nizami rayonunun inzibati ərazisində aparılan tikintilərə dövlət nəzarəti həyata keçirilən zaman Nizami rayonu, C.Naxçıvanski küçəsi, 48 ünvanında yerləşən binanın arxasında, yolun kənarındakı yaşıllıq zolağında 1 sentyabr 2020-ci il tarixində ölçüləri 3mx3m olan yüngül konstruksiyalı 2 ədəd köşkün naməlum şəxslər tərəfindən quraşdırıldığı aşkar olunub.
YeniAvropa xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, həmin köşklər yaşıllıq zolağında quraşdırıldığından və icazə sənədləri təqdim edilmədiyindən qanunsuz hesab olunurlar. Məhz bu səbəbdən də köşklər FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nizami rayon İcra Hakimiyyəti və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə 2 sentyabr 2020-ci il tarixində ərazidən götürülüb.
Bəzi məlumatlara görə, sözügedən köşklər Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun himayəsində olan "Azərmətbuatyayımı" ASC-yə məxsusdur.