logo

Azərbaycanda daha 154 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

17:13 02-09-2020 | icon 2933
Azərbaycanda daha 154 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 154 yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 36 min 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 34 min 116 nəfər müalicə olunaraq sağalıb, 538 nəfər vəfat edib. Aktiv xəstə sayı 2078 nəfərdir.

Ötən müddət ərzində 935 min 396 test aparılıb. Bugünkü test sayı isə 6730-dur.