logo

Sentyabrın birinci ongünlüyü hava əsasən yağmursuz keçəcək

14:30 02-09-2020 | icon 2716
Sentyabrın birinci ongünlüyü hava əsasən yağmursuz keçəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-3° yüksək olacağı gözlənilir.

YeniAvropa xəbər verir ki, Xidmətinin yaydığı açıqlamada daha sonra bildirlir ki, aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacaq. Sentyabrın birinci ongünlüyünün birinci yarısında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-25° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3° yüksəkdir. Havanın temperaturu gecələr 18-23°, gündüzlər 25-30°, bəzi günlərdə 32-35° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-23 millimetr) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 22-25° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturunun gecələr 15-20°, gündüzlər 25-30°, bəzi günlərdə 35-38° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-13 millimetr) olacağı bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 13-18° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 9-14°, gündüzlər 14-19°, bəzi günlərdə 23-27° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-50 millimetr) olacağı ehtimal edilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 21-24° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3° yüksəkdir. Havanın temperaturunun gecələr 15-20°, gündüzlər 23-28°, bəzi günlərdə 33-36° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-44 millimetr) olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 19-23° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3° yüksəkdir. Havanın temperaturunun gecələr 15-20°, gündüzlər 22-27°, bəzi günlərdə 32-35° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-120 millimetr) olacağı ehtimalı var.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturu 23-25° isti olacaq. Bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Havanın temperaturunun gecələr 17-22°, gündüzlər 25-30°, bəzi günlərdə 33-37° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-38 millimetr) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 21-24° isti olacağı ehtimalı var. Bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturu gecələr 15-20°, gündüzlər 22-27°, bəzi günlərdə 30-34° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 50-199 millimetr) olacağı proqnozlaşdırılır.