Mədəniyyət Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinin tutulması üçün daxili müsahibə elan edib.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib. Qeyd edilib ki, müsahibədə Mədəniyyət Nazirliyində inzibati vəzifədə qulluq keçən və müvafiq ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 2 sentyabr 2020-ci il tarixdən 16 sentyabr 2020-ci il tarixdə aparılacaq.
Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət qulluğu və kadr məsələləri şöbəsinə müraciət edilə bilər.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin bu ilin mayında Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov da saxlanılmışdı. Bir müddət sonra isə o azadlığa buraxılmışdı.
Avqustun 12-də mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimovun imzaladığı əmrlə İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub