logo

Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

16:20 01-09-2020 | icon 2954
Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 143 yoluxma faktı qeydə alınıb, 130 nəfər müalicə olunaraq sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki,  COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 36 min 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 977 nəfər müalicə olunaraq sağalıb, 536 nəfər vəfat edib. Aktiv xəstə sayı 2065 nəfərdir.

Ötən müddət ərzində 928 min 666 test aparılıb. Bugünkü test sayı isə 6597-dir