Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə yeddi nəfər, o cümlədən borclu şəxs qismində axtarılan üç nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.