Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqust ayının üçüncü ongünlüyündə yağıntıların aylıq normadan çox olması Kür çayının aşağı axınında səviyyənin artması ilə nəticələnib.
Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, avqustun 23-dən 26-dək səviyyə Kür çayının Surra məntəqəsində 140, avqustun 25-dən 28-dək Şirvanda 146 avqustun 24-dən 28-dək Salyanda 143 santimetr artıb.
Salyan və Neftçala rayonları ərazisində Kür çayı üzrə 14 məntəqədən götürülən su nümunələrinin analizi göstərir ki, Salyan rayonu ərazisində Qaraqaşlı məntəqəsində, Neftçala rayonu ərazisində Xocalı, Ərəbqardaşbəyli, Surra, Kürqarabucaq, Qaralı, Dördlər, Xıllı, Qaravəlli, Uzunbabalı, Seyidlər, Bankə qəsəbəsi, Oryad və Mayak 1 məntəqələrində duzluluq 0.5-0,9 qram/litr, yəni norma daxilində olub.