logo

Lənkəranda  Aşura mərasimi keçirmək istəyənlər saxlanıldılar

11:59 30-08-2020 | icon 2688
Lənkəranda  Aşura mərasimi keçirmək istəyənlər saxlanıldılar

Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran rayonunda regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, təyin olunmuş qaydaları kobud şəkildə pozan vətəndaşlara rast gəlinib.

Belə ki, Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq bir qrup şəxsin rayonun Velədi kəndi ərazisində Aşura mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 18 nəfər şöbəyə gətirilib.

Onlarla izahedici söhbətlər aparılıb. Karantin qaydalarını pozan həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.