Millət vəkili Qəmirə Paşayeva Qazax Müəllimlər Seminariyası ilə bağlı Baş nazirə müraciət etdi
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva vaxtı ilə Qazax Müəllimlər Seminariyasının ilk yerləşdiyi tarixi binanın baxımsız vəziyyətdə olması, XX yüzil tariximizdə özünəməxsus yerə sahib olan Qazax Müəllimlər Seminariyası binasının təmir edilməsi ilə bağlı ölkəmizin baş naziri Əli Əsədova, Təhsil naziri Emin Əmrullayeva, Mədəniyyət nazirinin birinci müavini Anar Kərimova və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rəsmi müraciət edib.
YeniAvropa xəbər verir ki, bu barədə millət vəkili məlumat verib. Qeyd edib ki, artıq bu məsələ ilə bağlı təhsil naziri Emin Əmrullayev və Qazax rayon İcra hakimiyyəti başçısı Rəcəb Babaşovla geniş müzakirə aparılıb.
Qazax rayonundan olan bir çox ziyalıların bu məsələnin həllinə dəstək göstərilməsi üçün Mədəniyyət komitəsinə müraciət etdiklərini deyən Qənirə Paşayeva bu problemlə bağlı həyəcan dolu sosial şəbəkə paylaşımları, dövri mətbuatda getmiş müxtəlif məqalələr barədə də danışaraq təəssüfedici, narahatçılıq doğurucu haldır ki, belə bir mənzərə yaranıb deyib.
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib ki, XX yüzil tariximizdə özünəməxsus yerə sahib olan Qazax Müəllimlər Seminariyasının ilk binasının təmir edilməsi, sözün bütün mənalarında zərurət sayılmalıdır: “Bu zəruriyyət birincisi, tarixi-mədəni irsə sayğı baxımından, ikincisi, bölgəyə turistlərin cəlb edilməsi baxımından, üçüncüsü, o binanı tikdirmiş, o binanı milli maarifimizə qazandırmış, orada yanarürəklə çalışmış irəligörüşlü şəxsiyyətlərimizin ruhunun şad olması, bugün və gələcəkdə başqa maarifpərvər insanların da bənzəri proseslərə cəlb edilməsi, motivasiya yaratmaq və s. baxımından izah oluna bilər.”
Qeyd edək ki, seminariyanın ilk binası, xeyriyyəçi mülkədar Məşədi İbrahim Hacı İsmayıl oğlu Kosalının malikanəsi olub. O, 17 otaqlı malikənəni Seminariyaya hədiyyə edib. Məlum olduğu kimi, Qazax Müəllimlər Seminariyası 1918-ci ildə məşhur Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin Xalq Cümhuriyyətinin maliyyəsi ilə Qazaxa köçürülməsi ilə başlayan bir tarixçəyə malikdir. Azərbaycan bölməsinin Qoridən Qazaxa köçürülməsində görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firudin bəy Köçərlinin böyük xidmətləri olub. Seminariyanın yetirmələri arasında Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı, Mirqasım Əfəndiyev və b. tarixi şəxsiyyətlər, görkəmli aydınlar olub.
Bu təhsil ocağı sovet hakimiyyəti illərində (XX yüzilin 40-cı illərinədək) Qazax Pedaqoji Texnikumu olaraq fəaliyyət göstərib.
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva rəsmi açılışı 10 noyabr 1918-ci ildə baş tutmuş Qazax Seminariyası Xalq Cümhuriyyəti hökumətimizin təşkil etdiyi ilk milli seminariya ünvanını daşıması etibarı ilə də, özünə xüsusi diqqət, qayğı tələb edir deyərək Qazax rayon ziyalıları və Mədəniyyət komitəsinin bu məsələ ilə bağlı müraciətinin yaxın zamanlarda öz həllini tapacağına,ictimaiyyətin haqlı narahatçılığının aradan qaldırılacağına inandığını deyib.
Təhsil naziri Emin Əmrullayev Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə Qazax ziyalılarının və Mədəniyyət komitəsinin müraciətinin müzakirəsi zamanı bildirib ki, o bu məsələnin həlli üçün əlindən gələn bütün dəstəyi göstərməyə çalışacaq.
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq
Tramp Ukraynanı taleyin ümidinə buraxmayacaq-“Politico”
İlham Əliyev Şavkat Mirziyoyevlə Xankəndidə tikiş fabrikinin açılışını edib
“Xəzər-Qara dəniz-Avropa” enerji dəhlizinin texniki-iqtisadi əsaslandırmasının vəziyyəti dəyərləndirilib
Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub
Rusiya Azərbaycanla birgə karbon poliqonu yaradacaq
Azərbaycan nefti 74,16 dollara satılır
Faktiki hava: Bölgələrdə yağış yağıb, şimşək çaxıb
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiaları üzrə qərar qəbul edib
Antoni Blinken Hakan Fidanla Cənubi Qafqazda sülhü müzakirə ediblər
Xəzərdə 3,3 ballıq zəlzələ olub
Göyçayda 37 yaşlı kişi suda batıb
İtaliyanın baş naziri Azərbaycana səfərə gəlib
İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb
İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər-Antonio Quterreş
İlham Əliyev Qərbin ikili standartlarından təəssüflənib
Bakıda "Lion"u çox çətin oyun gözləyir-“Qarabağ”ın prezidenti
Sabah Bakıda arabir yağış yağacaq, 12° isti olacaq
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək-İlham Əliyev
Azərbaycan COP29-un sədri kimi ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq