logo

Qobustan həbsxanasında 24 nəfər koronavirusa yoluxdu

20:11 29-08-2020 | icon 3332
Qobustan həbsxanasında 24 nəfər koronavirusa yoluxdu

Aparılmış müayinələr nəticəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasının 2 əməkdaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, dərhal həmin əməkdaşların təmasda olduqları həbsxana heyəti və məhkumlar təcrid olunub və onlar COVID-19 müayinəsindən keçirilib.

5 nəfər həbsxana əməkdaşı, 19 nəfər məhkum olmaqla 24 nəfərdə COVID-19 müayinələrinin nəticələri pozitiv çıxıb. Virusa yoluxmuş şəxslərin sağlamlıq durumu kafidir, onların əksəriyyətində xəstəlik simptomsuz keçir, ağırlaşma halları müşahidə olunmur.

Hazırda Qobustan həbsxanasında ciddi epidemioloji nəzarət tətbiq edilib və virusun yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.