Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini N.Vəlizadə və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Piri Sumqayıt şəhəri ərazisində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, şəxsi axtarış zamanı N.Vəlizadədən 1,7 kiloqram heroin, E.Piridən isə 1,3 kiloqram tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.