logo

"Semaşko"nun sabiq rəhbərinin həbs edilib?

14:55 28-08-2020 | icon 2422
"Semaşko"nun sabiq rəhbərinin həbs edilib?

Baş Prokurorluq 1 saylı Kliniki Tibbi Mərkəzin("Semaşko" xəstəxanası) sabiq rəhbəri Ədalət Dadaşovun barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılması və onun barəsində cinayət işinin başlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Baş Prokurorluqdan YeniAvropa-ya bildirilib ki, bu barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə heç bir material daxil olmayıb.

O cümlədən bu məsələ ilə bağlı hər hansı istintaq aparılmır.

Xatırladaq ki, sosial şəbəkələrdə 1 saylı Kliniki Tibbi Mərkəzin sabiq rəhbəri Ədalət Dadaşovun həbs edilməsi ilə bağlı xəbərlər yayılıb.