logo

Fikrət Məmmədov deputatın qardaşına yüksək vəzifə verib

13:48 28-08-2020 | icon 2863
Fikrət Məmmədov deputatın qardaşına yüksək vəzifə verib

Ədliyyə naziri Fikrət Məmmədov millət vəkili Bəxtiyar Əliyevin qardaşını yüksək vəzifəyə təyin edib.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib. Qeyd edilib ki, F. Məmmədovun əmri ilə, Əliyev Qabil Həmzə oğlu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

O, həmçinin müvəqqəti olaraq  həmin idarənin rəisi vəzifəsini də icra edəcək.

Xatırladaq ki, Qabil Əliyev bu təyinata qədər Prezident Adminstrasiyasında çalışıb.