Avqustun 29-u səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrindəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, bununla əlaqədar maddələrin qəbul edilmiş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə həmin tarixdə küçəyə çıxmamaq xahiş olunur.