Avqustun 28-də Cəlilabad seysmoloji stansiyasından 8 kilometr cənubda - Cəlilabad rayonunda maqnitudası 3.5 olan zəlzələ baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 11:05-də qeydə alınıb.
Ocağı 28 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.