Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 27-nə olan statistik göstəriciləri açıqlayıb.
YeniAvropa xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 956 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 148 nəfər reanimasiyada, 11 nəfər isə süni tənəffüs cihazındadır.
Ümumilikdə 35 844 nəfər virusa yoluxub, 33 364 nəfər sağalıb.
Bu gün 6 422 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 898 492 test aparılıb.
Qeyd edək ki, bu gün 137 koronavirusa yoluxma faktı qeydə alınıb, 83 nəfər sağalıb, 2 nəfər ölüb