Mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Ofisinin koordinatoru Teoman Tiryaki ilə görüşüb.
YeniAvropa xəbər verir ki, abidələrin bərpasına yeni yanaşmalar, mədəni irsin mühafizəsi, mədəniyyət və tarixi abidələrinin bərpası və konservasiyası sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə karantin qaydaları pozulub.
Nazirlikdən təqdim edilən fotodan da aydın görünür ki, həm Anar Kərimov, həm də qonaqlar maska taxmayıblar. Bundan əlavə, sosial məsafə də gözlənilməyib.