logo

Ramiz Mehdiyev AMEA-nın müzeyi üçün 40 min manata çilçıraq aldırıb

18:58 27-08-2020 | icon 5166
Ramiz Mehdiyev AMEA-nın müzeyi üçün 40 min manata çilçıraq aldırıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi 40 000 manata çılçıraq alıb. 

 YeniAvropa xəbər verir ki, muzey “Zinger-İnşaat” MMC ilə bu məqslə müqavilə bağlayıb. Çiçıraq “Ceylan Lighting” şirkətinin istehsalıdır. “Ceylan Lighting” Türkiyənin məşhur lampa və çilçıraq istehasal edən şirkətidir.

AMEA-nın müqavilə bağladığı “Zinger-İnşaat” MMC-yə gəlincə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən MMC-nin qanuni təmsilçisi Mənsimov İlham Fikrətddin oğludur.

Açıq mənbələrdə “Zinger-İnşaat” MMC və onun sahibi İlham Mənsimov barədə heç bir məlumat yoxdur. Bu da bizə təəccüblü gəlmədi. Çünki MMC heç bir il deyil ki, yaranıb. Reyestr məlumatlarında şirkətin 4 noyabr 2019-cu ildə dövlət qeydiyyatına alındığı göstərilir. Bu, Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçilməsindən təxminən iki həftə sonraya təsadüf edir. Hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxuru qəsəbəsi, ev 31, mənzil 1-də yerləşən MMC-nin nizamnamə kapitalı 4 AZN-dir.

AMEA-nın 40 000 AZN-ə aldığı çılçırağa gəlincə, istehsalçı Ceylan Lighting şirkəti ilə əlaqə saxlayaraq onun real qiymətini öyrənməyə çalışdıq. Şirkətin əməkdaşı bahalı çilçıraqların olduğunu söyləsə də, AMEA-nın aldığı 10 lampalı büllur çiçırağın 40 000 AZN-ə alınmasından təəccübünü gizlədə bilmədi. Onun sözlərinə görə, bu qiymətə olan çiçıraqlar özəl sifarişlər üçün istehsal edilən məhsullar kateqoriyasına daxildir. 

İstənilən halda çilçırağın birbaşa “Ceylan Lighiting” şirkətindən alınmaması, ortada başqa bir MMC-nin olması onun real qiymətinin 40 000 AZN olmadığını deməyə əsas verir. Axı “Zinger-İnşaat” MMC-nin də qazancı olmalıdır. Bu qazancın nə qədər olması barədə sualın cavabı isə açıq qalır."Yenisabah.az"