logo

Azərbaycanda daha 137 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

16:05 27-08-2020 | icon 5054
Azərbaycanda daha 137 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 137 yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 35 min 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 64 nəfər müalicə olunaraq sağalıb, 524 nəfər vəfat edib. Aktiv xəstə sayı 1956 nəfərdir.

Ötən müddət ərzində 898 min 492 test aparılıb. Bugünkü test sayı isə 6422-dir.