logo

Bakıda vəkil intihar etdi

15:49 27-08-2020 | icon 2044
Bakıda vəkil intihar etdi

Azərbaycan Vəkillər Kollegiyasının üzvü özünü asaraq öldürüb.

 YeniAvropa xəbər verir ki, bu barədə Kollegiyadan  bildirlib.

Qeyd edilib ki, vəkil Namiq Həsənov Binəqədi rayonu ərazisində özünü asaraq intihar edib.

Məlumata görə, N.Həsənovun anası bir müddət əvvəl dünyasını dəyişib. Bundan sonra onun səhhətində problem yaranıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 1966-cı il təvəllüdlü N.Həsənov 2006-cı ildən Bakı şəhəri 11 saylı Vəkil Bürosunda çalışırdı.