logo

Hökməli bələdiyyəsi cəzalandırılıb

15:30 27-08-2020 | icon 2009
Hökməli bələdiyyəsi cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu Hökməli qəsəbəsinin Atyalı yaşayış massivində məişət tullantılarının qanunvericiliyə uyğun idarə edilmədiyi və qalaqlandığı aşkar edilib. 

 YeniAvropa xəbər verir ki, bu barədə Xidmətin rəis müavini Ramal Bağırov məlumat verib. Onun sözlərinə görə,  araşdırma zamanı Hökməli bələdiyyəsinin ərazisində məişət  tullantılarının qalaqlanmasının artıq bir neçə dəfə  təkrar olunduğu, bununla bağlı bələdiyyə rəhbərliyi qarşısında ciddi tələblər qoyulduğu, lakin  lazımi tədbirlərin görülmədiyi müəyyən edilib. 

“Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi məqsədilə bələdiyyəyə daha bir məcburi göstəriş verilib. 

Dəfələrlə olunan xəbərdarlıqlara baxmayaraq ərazidə yenə də tullantıların düzgün idarə edilmədiyi və qalaqlandığı üçün Hökməli bələdiyyəsi barəsində akt və protokol tərtib olunub,  bələdiyyənin hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış materiallar  Abşeron Rayon Məhkəməsinə göndərilib”.