logo

Karantində oğluna toy edən  4000 manat, iştirakçılar isə 200 manat cərimələndi

12:30 27-08-2020 | icon 2254
Karantində oğluna toy edən  4000 manat, iştirakçılar isə 200 manat cərimələndi

Paytaxtda mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsinin ölkədə tətbiq olunan karantin rejimi qaydalarını pozaraq Səbail rayonundakı “Sea Bay” restoranında toy məclisi təşkil etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə alınıb.

0-1-3

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, aparılan araşdırmalar nəticəsində şirkətin satış̧ menecerinin övladının bir qrup şəxsin iştirakı ilə toy şənliyinin keçirildiyi aşkar olunub. Şənliyin təşkilatçıları, sifarişçiləri və iştirakçılarının bir qismi müəyyən edilib. Onların barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Belə ki, toy məclisini təşkil edən hüquqi şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 4000 manat, restoranın mühasibatçısı 400 manat məbləğində cərimə olunub. İki inzibatçı barəsində tərtib edilən protokollar rayon məhkəməsinə göndərilib və onların barələrində məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati həbs tənbeh növü tətbiq olunub. Eləcə də restoran işçilərindən 6 nəfər barəsində inzibati xəta haqqında protokollar tərtib olunub, onların hər biri 100 manat məbləğində cərimələnib.

Toy məclisinin sifarişçilərindən iki nəfər qanunvericiliyə əsasən 400, iştirakçılardan doqquz nəfər isə 200 manat məbləğində cərimə olunublar.

Karantin rejimi qaydalarını pozaraq şənliyə qatılmış digər şəxslərin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.