Sumqayıtda “Mitsubishi” və “Ravon” markalı minik avtomobillərinin toqquşması nəticəsində həyatını itirən iki şəxsin kimliyi məlum olub.
YeniAvropa xəbər verir ki, ölənlərdən biri 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğludur. Qəza zamanı həyatını itirən ikinci şəxsin 1997-ci il təvəllüdlü Babazadə Elşən Seymur oğlu olduğu müəyyənləşdirilib.
Dörd yaralı isə Sumqayıt şəhər Təcili Tibbi Xəstəxanaya yerləşdirilib. Baş həkim Rauf Sadıqovun verdiyi məlumata görə, onlardan 3-ü reanimasiya şöbəsində müalicə alır. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.