Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa -ya bildiriblər ki, Binə qəsəbəsi ərazisində yolu keçən 40-45 yaşlı kişini Bakı şəhər sakini A.Rüstəmov idarə etdiyi “Jeep” markalı avtomobillə vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində isə yolu keçən Bərdə rayon sakini Zöhrab Qocamanovu Gəncə şəhər sakini İ.Abbasov idarə etdiyi “DAF” markalı avtomobillə vurub. Piyada hadisə yerində keçinib.
Hər iki faktla bağlı araşdırma aparılır.