Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının (67, 53 və 38 yaş) üstünə düşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, hadisə yerinə gələn təcili tibbi yardım briqadası yaralıları Klinik Tibbi Mərkəzə çatdırıb.
"Yaralılardan birinə kəllə-beyin travması, digər ikisinə onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib",-deyə məlumatda qeyd edilib.