İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
YeniAvropa xəbər verir ki, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.
Belə ki, “Opel Vectra” markalı, 10 TN 845 dövlət nömrə nişanl minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.
Hadisə nəticəsində avtomobildə olan 5 nəfər boğularaq ölüb.
Bu arada avtomobildə olanların şəxsiyyəti bəlli olub. Bunlar maşının sürücüsü-Bakı sakini, 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğlu, İmişli sakinləri - sürücünün qardaşı, 1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Məmmədova Mərziyyə Əmiraslan qızı, 1991-ci l Məmmədov Elnur Etibar oğlu və 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızıdır.
Faktla bağlı araşdırma aparılır.