Sentyabrın 4-də Qusar rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, Qusar-Xudat yolunun Balaqusar kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı Zeynulla Cəbrayılovun idarə etdiyi “Mercedes” markalı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, yaralılardan 1980-ci il təvəllüdlü Pərvanə Babayevanın həyatını xilas etmək mümükün olmayıb.
Faktla bağlı araşdırma aparılır.