logo

Bakı-Moskva təyyarəsi təcili eniş etdi

12:42 31-08-2019 | icon 4662
Bakı-Moskva təyyarəsi təcili eniş etdi

"Bakı-Moskva" aviareysi ilə uçan təyyarə şənbə günü saat 07:12-də Rusiyanın Volqoqrad şəhər aeroportundan təcili eniş üçün icazə istəyib. 

 YeniAvropa "RİA Novosti"yə istinadla xəbər verir ki, buna səbəb kimi həmin təyyarə ilə uçan 62 yaşlı kişinin özünü pis hiss etməsi olub. 

Layner Volqoqrad aeroportuna eniş etikdən sonra Almaniya vətəndaşı olan kişini 25 saylı şəhər xəstəxanasına  yerləşdiriblər. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir. 

Ümumiyyətlə ,  Volqoqrad aeroportu üçün ötən gecə  hərəkətli keçib.  Belə ki, "Bakı-Moskva" aviareysindən başqa daha iki təyyarə də aeroporta təcili eniş edib. 

Bunlardan biri "Krosnoyarsk- Simferopol", digəri isə  "Qroznı-Vnukovo" reysi üzrə hərəkət edən təyyarələr olub. Birinci təyyarə  saat 23:10-da 35 yaşlı qadın sərnişinin halının qıflıtın pisləşməsi səbəbindən, göyərtədə 137 sərnişinin olduğu ikinci təyyarə isə saat 02:36-də mühərikində baş verən texniki nasazlıq səbəbindən Volqoqrad hava limanına məcburi eniş ediblər.