logo

Dərnəgüldəki "Taxta bazarı" yanır

16:17 22-08-2019 | icon 4739
Dərnəgüldəki "Taxta bazarı" yanır

Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakının Nərimanov rayonu ərazisində "Baksol" yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, yanğının söndürülməsi üçün əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək.