Bu gün axşam saatlarında Dənizkənarı Milli Parkın ərazisində(“Kukla” teatrının yaxınlığında) əcnəbi turistin ölməsi faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, ilkin məlumata görə turistin Səudiyyə Ərəbistanı vətəndaşı olduğu müəyyən edilib. .
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov KİV-ə açıqlamasında bildirib ki, təcili yardıma çağırış saat 21:54 də daxil olub. Turist qəflətən ürəktutmasından ölüb.