logo

FIFA-nın Hakimlər Komitəsinin sədri Bakıda səfərdədir

13:13 05-05-2023 | icon 2296
FIFA-nın Hakimlər Komitəsinin sədri Bakıda səfərdədir

FIFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina Bakıda səfərdədir.

YeniAvropa xəbər verir ki, səfər çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın baş katibi Sərxan Hacıyev, Hakimlər Komitəsinin sədri Barış Şimşək və Pyerluici Kollina arasında görüş olub. Görüşdə futbol hakimliyinin inkişafı ilə bağlı müzakirə və fikir mübadiləsi aparılıb.

Bakı Olimpiya Stadionunda P.Kollina ilə Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlərin də görüşü təşkil olunub. FIFA-nın Hakimlər Komitəsinin sədri hakimlərimizə müvafiq tövsiyələrini verib, fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, bu il fevralın 28-də AFFA-nın prezidenti Rövnəq Abdullayev və FIFA-nın prezidenti Gianni İnfantino arasında görüş zamanı Pyerluici Kollinanın hakimlərimizlə görüşü müzakirə olunmuşdu.