logo

AFFA “Neftçi”nin şikayətini təmin etməyib

11:33 26-04-2024 | icon 2058
AFFA “Neftçi”nin şikayətini təmin etməyib

Apellyasiya Arbitraj Tribunalı “Neftçi” futbol klubunun şikayətini təmin etməyib.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Əvəzedicilər Liqasının XXIX turunun “Sumqayıt-2” ilə matçında qeyri-etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun diskvalifikasiya olunan “Neftçi-2”nin futbolçusu Ağadadaş Salyanski ilə bağlı qərar dəyişdirilməyib.

Bundan başqa, kluba tətbiq olunan 300 manat cərimə qərarı da qüvvədə saxlanılıb.

Maraqlı tərəf Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.