logo

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Almatıda görüşəcəklər

11:11 06-05-2024 | icon 1001
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Almatıda görüşəcəklər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində görüş mayın 10-da keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “X” sosial şəbəkə hesabında məlumat verib.

“Əvvəlcədən edilmiş razılaşmalara uyğun olaraq 2024-cü il mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılacaq”, - deyə Ayxan Hacızadənin paylaşımında qeyd edilib.