logo

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılıb

12:52 06-05-2024 | icon 644
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılıb

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezident İlham Əliyev mayın 6-da müvafiq qanunu imzalayıb.

Qanuna əsasən 2024-cü il martın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş” təsdiq edilib.