Bizim neft-qaz sahəsində uzun illər ərzində xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var.
YeniAvropa xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında söyləyib.
2022-ci ildə enerji sahəsində Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin imzalandığını xatırladan dövlət başçısı bildirib ki, bu gün bizim Avropa İttifaqına, Avropa qitəsinə qaz təchizatımız artır.