logo

Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb

18:50 25-04-2024 | icon 1197
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

YeniAvropa xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda ispaniyalı Fransisko Qarriqosana məğlub olub.

Eyni çəkidə yer alan Turan Bayramov üçüncü yer uğrunda görüşdə Türkiyə təmsilçisi Salih Yıldıza uduzub.

52 kiloqram çəki dərəcəsində mübariz aparan Aydan Vəliyeva isə bürünc medal qarşılaşmasında macarıstanlı Reka Pupplaya yenilib.

Bununla da Azərbaycanın cüdo millisi Avropa çempionatının ilk gününü bir medalla başa vurub.

Qeyd edək ki, aprelin 27-dək davam edəcək Avropa çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu təmsil edir.