Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat” kampaniyası çərçivəsində AQTA və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib.
YeniAvropa xəbər verir ki, ADA Universitetində keçirilən tədbirdə layihə çərçivəsində görülən işlərə dair hazırlanan tanıtım videoçarxının nümayişi olub.
Simpoziumda Agentlik sədrinin müavini Zəkiyyə Mustafayeva ölkədə qida təhlükəsizliyinin, bitki və heyvan sağlamlığının təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışıb. Bildirib ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliği və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin uyğun qaydada istehlak edilməsinə təşviqi məqsədilə həyata keçirilir.
Tədbirdə “Şəkərin insan sağlamlığına təsiri” mövzusunda təşkil olunan paneldə AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Ramazan Nəbiyev, Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini, həkim Nabil Seyidov, həkim-diyetoloq Tutu Zeynalova və qida üzrə mütəxəssis Fərid Səfərov çıxış edib. “Şəkər istehlakının azaldılması yolları” mövzusunda təşkil olunan ikinci paneldə Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin müdiri Deniz Ercan, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin psixi sağlamlıq və psixososial dəstək və qeyri-infeksion xəstəliklər üzrə proqramların rəhbəri dr. Elturan İsmayılov, Nutrisiologiya və Diyetologiya Assosiasiyasının sədri, həkim-diyetoloq İlqar Şamilov, həkim-pediatr Qoşqar İsmayılov və araşdırmaçı, marketinq eksperti Orxan Şahbaz çıxış edib.
Tədbirdə müvafiq mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, “Şəkəri azalt, ömrünü uzat” kampaniyasına qoşulanların sayının artması ilə yanaşı, Agentlik bu məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini də genişləndirir. Maarifləndirici məlumat, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Həmçinin məktəbəqədər, ümumi və ali təhsil müəssisələrində görüşlər keçirilir, iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulur.
Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
AZAL yayda 60-dək istiqamət üzrə uçaşlar təşkil edəcək
Almatıda Bakı ilə İrəvan arasında sülh müqaviləsinin konturlarının çiziləcək?
I Qarabağ müharibəsinin 4 itkin şəhidi sabah dəfn ediləcək
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Krımda Rusiyaya məxsus daha bir hərbi gəmi məhv edilib
Millimiz "EURO-2025"in seçmə mərhələ oyunlarını Moldovada keçirəcək
22 samboçusu Avropa çempionatına yollanacaq
Sabah Bakıda yağış yağacaq,şimşək çaxacaq, 15° isti olacaq
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılıb
DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Paytaxtda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb
“SpaceX” kosmosa səyahət üçün turistlərdən ərizə qəbuluna başlayıb
İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Almatıda görüşəcəklər
Erməni istehkamçı Qazaxın Xeyrimli kəndində minaya düşüb
“Qarabağ” “Neftçi” ilə matçda yeni rekorda imza atıb
Faktiki hava:Leysan yağıb, dolu düşüb,dağlıq ərazilərə qar yağıb
Ali məktəblərə qəbul imtahanının II mərhələsinə ərizə qəbulu başa çatır
Bu gün cənub bölgəsinin bir sıra kəndlərində "işıq" olmayacaq
Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb
Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir
Xankəndi şəhər prokurorluğu yaradılır
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Sabah Bakıda arabir yağış yağacaq, 21° isti olacaq