logo

Vladimir Putin İlham Əliyevə zəng edib

09:29 17-03-2023 | icon 1057
Vladimir Putin İlham Əliyevə zəng edib

Rusiya Federasiyasının prezidenti Vladimir Putin martın 16-da Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilib.

Həmçinin regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.