Bakıda “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
Mayın 15-də “Fairmont” hotelində “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” (AISA) və “PMD Projects” MMC tərəfindən “Towards COP29” (COP29’a doğru) devizi altında keçiriləcək “Sustainable Construction Summit”i (Dayanıqlı Tikinti Zirvəsi) keçiriləcək.
YeniAvropa xəbər verir ki, tikintidə dayanıqlı və ətraf mühiti nəzərə alan həllərin, müasir və innovativ tikinti və memarlıq üsullarının, tikinti təhlükəsizliyinin, ağıllı tikinti sistemləri və şəhərsalma mədəniyyət nümunələri kimi mövzuların müzakirə olunacağı tədbirin gündəliyi açıqlanıb.
Ölkəmizin inşaat və tikinti sahəsində tənzimləyici və nəzarət qurumlarının, qabaqcıl inşaat və memarlıq şirkətlərinin, həmçinin dayanıqlılıq sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin moderator və spiker olduğu tədbirdə bu sahədə beynəlxalq gündəmdəki mövzular, ölkəmizdə tətbiq edilən və gələcək üçün nəzərdə tutulan metodlar, mövcud problemlər və onlar üçün həll yolları müzakirə ediləcək.
Təşkilat komitəsindən verilən məlumata görə, mayın 5-də qeydiyyat müddəti bitən iştirak üçün ümumilikdə 700-dən çox müraciət daxil olub və yaxın günlərdə zirvədə iştirak üçün 120-dən çox şirkəti təmsil edən 300 nəfər iştirakçıya dəvətnamələr göndəriləcək.
Qeyd edək ki, Zirvə BMT-nin Qlobal Saziş Təşəbbüsünün Əsas tərəfdaşlığı, “Norm” ASC, “Farchitects” şirkətlərinin platinium, IST Services və ALPİN şirkətlərinin qızıl, UNICONS və “Freyssinet” şirkətlərinin gümüş sponsorluğu, KRAN GROUP, PlanRadar, AzDƏMTTETİ, STORM-ENGINEERING, STV Engineering, Fil Agency, Qmeter, Facemark, NS Studio, Bizimyol.info, Boomerang Agency və Liv Bona Dea Hospitalın tərəfdaşlığı ilə təşkil ediləcək.
Tədbir haqda ətraflı məlumatı https://scs2024.aisa.az/ linkindən əldə etmək olar.
Ərdoğan İran prezidentinin ölümünə görə ölkədə birgünlük matəm elan etdi
Dünya çempionatı:Hidayət Heydərov qızıl medal qazanıb
Bakıda Azərbaycan-Gürcüstan siyasi məsləhətləşmələri keçirilib
BMT-nin baş katibi İran prezidentinin ölümü ilə bağlı başsağlığı verib
Avropa çempionatı: Daha bir güləşçimiz finala yüksəlib
Bakıda Beynəlxalq Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
“Baku Steel Company” Tacikistan şirkəti ilə əməkdaşlıq edəcək
Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib
Mərkəzi Bank yeni 1 qəpiklik metal pul nişanını tədavülə buraxıb
Qeyri-sabit hava şəraiti mayın 24-dək davam edəcək
İran prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək
Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib
Sabahdan paytaxtın mərkəzi küçələrindən biri 3 günlüyə bağlanır
Azərbaycanda ötən il nikahların sayı azalıb, boşanmalar isə artıb
Xankəndiyə prokuror təyin edilib
Gimnastlarımız Dünya Kubokunda qızıl medal qazanıblar
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək
İran prezidentinin dəfn mərasimi sabah Təbrizdə keçiriləcək
Sabah Bakıda 24° isti olacaq
Paytaxtın mərkəzindəki Cavanşir körpüsünün sökülməsinə başlanılıb
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edi
Xaqani bağında abadlaşdırılma işləri aparılır
İran prezidenti vəzifəsini müvəqqəti olaraq vitse-prezident icra edəcək
Ağsu dolaylarındakı sürüşmə yolun bağlanmasına səbəb olub