logo

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

15:55 10-05-2024 | icon 1071
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, andiçmə mərasimlərində hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirildikdən sonra tədbirlər açıq elan olunub.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Tədbirlərdə çıxış edənlər gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmaq, nümunəvi, nizam-intizamlı xidmət etmək, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmaq, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmək, torpaqlarımızın müdafiəsi naminə döyüşə hər an hazır olmağı tövsiyə ediblər.

Sonra hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər.