logo

Samir Şərifov QDTİB-nin Xüsusi Toplantısında iştirak edir

11:55 03-03-2023 | icon 1071
Samir Şərifov QDTİB-nin Xüsusi Toplantısında iştirak edir

Martın 3-də Yunanıstanın Saloniki şəhərində Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 16-cı Xüsusi Toplantısı öz işinə başlayıb.

Maliyyə Nazirliyindən YeniAvropa-ya bildirilib ki, toplantıda maliyyə naziri, QDTİB-nin Azərbaycan üzrə rəhbəri Samir Şərifov iştirak edir. İclasın gündəliyinə üzv ölkələr tərəfindən bankın abunə kapitalının artırılması, bankın 2023-2026-cı illər üçün Ortamüddətli Strategiya və Biznes Planının 2023-2024-cü illəri əhatə edən 1-ci mərhələsinin təsdiqi daxildir.

Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılıb. Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.