logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb

10:10 23-01-2023 | icon 455
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 114 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 63, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb.