logo

Azərbaycan ətraf mühitin məhvinə görə Ermənistandan tam kompensasiya tələb edib

12:12 19-01-2023 | icon 868
Azərbaycan ətraf mühitin məhvinə görə Ermənistandan tam kompensasiya tələb edib

Arbitraj prosesi çərçivəsində Azərbaycan Ermənistandan Bern Konvensiyasının hazırda davam edən bütün pozuntularına son qoymağı və işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə görə Azərbaycana tam kompensasiya ödəməyi tələb edir.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin ətraf mühitin geniş miqyasda məhv edilməsinə görə Azərbaycan tərəfindən Ermənistana qarşı başladılan arbitraj prosesinə dair məlumatında bildirilib.

Qeyd olunub ki, Azərbaycan tərəfindən bununla əlaqədar qaldırılan dövlətlərarası iddiada digər öhdəliklərlə yanaşı, Ermənistanın bütün vəhşi flora və faunanın populyasiyalarını qorumaqla bağlı Bern Konvensiyasından irəli gələn hüquqi öhdəliklərini, xüsusilə də vəhşi flora və fauna mühitinin qorunub saxlanılmasını, bərpasını və təkmilləşdirilməsini təmin etmək üzrə öhdəliyini kobud surətdə pozduğu bildirilib.