logo

Azərbaycanda daha 62 nəfər koronavirusa yoluxub,6 nəfər ölüb

19:20 11-01-2023 | icon 1190
Azərbaycanda daha 62 nəfər koronavirusa yoluxub,6 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 62 yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 55 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşdirilib, onlardan 816 min 462 nəfər müalicə olunaraq sağalıb, 10 min 33 nəfər vəfat edib. Aktiv xəstə sayı 560 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2112, bu günə qədər isə ümumilikdə 7 milyon 449 min 907 test icra olunub.