logo

Azərbaycan-Ermənistan sərhədində artıq 40 sərhəd dirəyi quraşdırılıb

17:57 06-05-2024 | icon 2191
Azərbaycan-Ermənistan sərhədində artıq 40 sərhəd dirəyi quraşdırılıb

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıbb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumat verilib. Bildirilib ki, iki dövlətin ekspert qruplarının işi davam edir.

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan Respublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları ərazidə geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar.